15 may 2010 13:51
Çempion komandaya kubok verilməyəcək
“Unibank” Premyer Liqasının qalibinə çempionluq kuboku təqdim edilməyəcək. Azerisport.az xəbər verir ki, kubok bu gün heç bir stadiona aparılmayacaq. Bu barədə Lent.az-a PFL prezidenti Ramin Musayev verib.
“Oyunlardan biri Lənkəranda, ikisi isə Bakıda baş tutacaq. Buna görə də kuboku hansısa stadiona aparmaq mümkün deyil. Əgər ötən tur çempion məlum olsaydı, bu tur kuboku stadiondaca həmin komandaya təqdim edəcəkdik. Amma olmadı. Ona görə də indi təqdim etməyimiz mümkün deyil” – deyə PFL prezidenti bildirib.
Musayev onu da deyib ki, çempionluq kubokunu medalların təqdim edilmə mərasimində veriləcək.
