15 may 2010 15:03
Futbol meydançasında terror aktı
İraqın şimalındakı Tel-Əfər şəhərində futbol matçı zamanı terror hadisəsi baş verib. Azerisport.az “CNN” televiziyasına istinadla xəbər verir ki, partlayış nəticəsində 25 nəfər həlak olub, 100-dən artıq adam yaralanıb. Terrorçu-kamikadzelər stadionun girişində yerləşən dayanacaqda bir avtomobili partadıblar. Bundan 10 dəqiqə sonra digər avtomobil futbol meydançasına çıxıb və oradaca partaladılıb. Vaxtında bunun terrorçu olduğunu anlayan futbolçular soyunub-geyinmə otağına qaça biliblər. Onların aldığı zərər barədə məlumat verilmir.
