AÇ-2016, böyük ehtimalla, Türkiyədə təşkil olunacaq
UEFA AÇ-2016-nı qəbul etməyə namizəd olan üç ölkənin hesabatını dinləyib. Azerisport.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Avropa Futbol İttifaqı Türkiyənin bu yarışda qələbə qazanmaq şanslarının daha yüksək olduğunu bildirib.
Lakin namizədlər – Türkiyə, Fransa və İtaliyanın 18 bölmə 60 səhifəlik hesabatına baxan UEFA hər namizədin mənfi və müsbətlərini dəyərləndirərək, bölmələr üzrə namizədlərə müəyyən ballar verməyib. UEFA bu balları gizli saxlamağı və nəticələri mayın 28-də - İsveçrənin Cenevrə şəhərində keçiriləcək yekun iclasda açıqlamağı qərara alıb. Bununla belə, indiyədək hərəyə iki dəfə dünya, bir dəfə isə Avropa çempionatını qəbul edən İtaliya və Fransa ilə müqayisədə, Avropanın şərqində yerləşən Türkiyənin şansları daha yüksək qiymətləndirilir.
Xatırladaq ki, qardaş ölkə AÇ-2008-ə Yunanıstanla birgə, AÇ-2012-yə isə vahid namizədləyini irəli sürsə də, hər iki halda məğlub olmuşdu.
