15 may 2010 16:35
Azərbaycan Türkiyə, İtaliya və İspaniyanı necə qabaqlayır?
Bu həftəsonu Türkiyə, İtaliya və İspaniyada da çempionlar məlum olacaq. Azerisport.az xəbər verir ki, həm Superliqada, həm A Seriasında, həm də La Liqada sonuncu turun görüşləri oynanılacaq.
Dörd komandanın qızıl medal şansını saxladığı Azərbaycandan fərqli olaraq, hər üç ölkədə çempionluğa cəmi iki namizəd qalıb. Türkiyədə Fənərbaxça və Bursaspor, İtaliyada İnter və Roma, İspaniyada isə Barselona və Real arasında gərgin mübarizə gedəcək.
İtaliya
16 may: Syena – İnter, Kyevo – Roma.
Turnir vəziyyəti: İnter – 79 xal, Roma – 77, Milan – 67...
İspaniya
16 may: Barselona – Valyadolid, Malaqa – Real
Turnir vəziyyəti: Barselona – 96, Real – 95, Valensiya – 68...
Türkiyə
16 may: Bursaspor – Beşiktaş, Trabzonspor – Fənərbaxça
Turnir vəziyyəti: Fənərbaxça – 73, Bursaspor – 72, Qalatasaray – 64...
