15 may 2010 19:40
Gəncə Premyer Liqaya qayıtdı!
Bu gün I divizionda sonuncu – 22-ci turun son 3 oyunu keçirilib. Azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, səfərdə Şahdağla heç-heçə oynayan Gəncə Premyer Liqaya vəsiqəni təmin edib. Komanda ehtiyatda bir oyunu olan Bakılınl 4 xal qabaqlayır.
Xatırladaq ki, ötən tur MOİK də Premyer Liqaya dönüşünü rəsmiləşdirmişdi. Beləliklə, PFL komandaların sayını artırıb-azaltmasa, yeni mövsümdə Karvan və Standardı MOİK və Gəncə əvəz edəcək.
