15 may 2010 19:50
Qurban Qurbanov Neftçini məğlub edə bilməmələrinin səbəbini göstərdi
Qarabağın baş məşqçisi Qurban Qurbanov çempionluğun əldən getməsinə üzülür. Azerisport.az xəbər verir ki, Neftçi ilə görüşdən (0:0) sonra mütəxəssis komandanın psixoloji cəhətdən yenildiyini vurğulayıb: “Təəssüf ki, Neftçi üzərində qələbə qazana bilmədik. Oyunun gedişində İnterin Qəbələni, Bakının isə XL-i məğlub etdiyini öyrəndik. Bu bizə psixoloji cəhətdən mənfi təsir göstərdi”.
