15 may 2010 19:52
Arif Əsədov: Biz göstərdik ki, çirkin oyunlara getmirik
Neftçinin baş məşqçisi Qarabağla qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında komandasının öz şərəfli adını qoruduğunu bildirib.
“Neftçi şərəfli adını qorudu. Oyundan əvvəl Qarabağa qəsdən məğlub olacağımızı deyənlərin sayı çox idi. Amma biz göstərdik ki, çirkin oyunlara getmirik“ – azerisport.az xəbər verir ki, Əsədov belə deyib.
