15 may 2010 19:56
Diqqət! Qəhrəman danışır
“Emosiyam qalmayıb. Çox sevinirəm, xoşbəxtəm” – bu sözləri Qəbələ ilə oyunsonrası mətbuat konfransından Kaxaber Çxadadze deyib. Azerisport.az xəbər verir ki, yeni Azərbaycan çempionu İnteri baş məşqçisi Bakıya minnətdarlıq etməyi də unutmayıb: “Komandamız çox yaxşı futbol sərgilədi. Şanslarımız çox kiçik idi. Amma bundan istifadə etdik. Bakıya minnətdaram ki, XL-i məğlub edib Azərbaycanda hər hansı danışılmış oyunun olmadığını sübuta yetirdi”.
