15 may 2010 00:06

15 variant, Lənkərana dönmək ehtimalı və şərəfsiz cəmiyyət

Bu gün çempion məlum olacaq. Ya da məlum olmayacaq.
 
Azerisport.az xəbər verir ki, XVIII Azərbaycan çempionatının, yeni tərzlə desək, “Unibank” Premyer Liqasının başa çatmasına 19-20 saat qalıb. Daha doğrusu, de-fakto başa çatmasına. Bu gün hətta çempion və medalçılar məlum olacağı təqdirdə belə, Premyer Liqada mübarizəyə yekun vurulmayacaq, çünki bazaar günü hələ heç kimə lazım olmayan ikinci “altılığ”ın heç kimə lazım olmayan oyunlarını gözləmək lazım gələcək.
 
Amma ikinci variant da var ki, bu halda çempionatın başa çatacağı günü daha səbrsizliklə gözləyəcəyik. Bu, yəqin ki, mayın 30-u olacaq, ya da 3 gün əvvəl. Fərq etməz. Sözümüzün canı odur ki, hamımız bir daha Lənkərana yollanacağıq. Çempionat başa çatdıqdan sonra.
 
Niyə Lənkərana? Çünki hadisələrin müəyyən ssenari ilə cərəyan edəcəyi təqdirdə “Qızıl oyun”a müraciət edilməli olacaq. Belə görüşə bu gün yeganə yarayacaq stadion məhz Lənkərandakı arenadır. Tofiq Bəhramov adına Respublika stadionu istisna edilir. O səbəbdən ki, “Qızıl oyun”da yalnız İnterlə Qarabağ görüşə bilər və çətin ki, Ağdam klubu matçın Bakıya salınmasına razı olsun. Lap razı olsa da, ortada reqlament var və orada “neytral meydan” sözləri yazılıb.
 
Lakin Lənkərana bir daha getməyə də bilərik. Və bu halda kuboku və qızıl medalı muzeyinə 4 komandanın hər biri apara bilər. İndi turnir cədvəlində elə bir vəziyyət yaranıb ki, bu gün Lənkəranda keçiriləcək matçı izləyə-izləyə arabir digər oyunların nəticələrinə diqqət yetirməyə dəyər. Amma buna ehtiyac olmaya da bilər, çünki XL-in Bakı üzərində qələbəsi digər iki matçı formallığa çevirəcək. Ya da ki, yalnız gümüş və bürünc medalların Qarabağla İnter arasında necə bölünəcəyini müəyyənləşdirəcək.
 
İnanmayacaqsınız, amma son tur ərəfəsində cəmi 3 oyunun nəticəsindən asılı olaraq, turnir cədvəlinin ilk 3 pilləsi 15 müxtəlif hal ala bilər! Bunu necə hesabladığımızı bizdən soruşmayın, çünki sözlə izah etmək üçün hətta “ölçüsüz” olan saytımızda yer qalmaz. Sadəcə, hər 3 qarşılaşmada 3 mümkün variantın (meydan sahiblərinin qələbəsi, heç-heçə, qonaqların qələbəsi) olduğunu beyninizdə tutun. Bu halda tapmacanın açmasına bir qədər yaxınalaşacaqsınız…
 
Bu yerdə yenə XL – Bakı görüşündə nəticənin əvvəlcədən müəyyənləşdirilməsinin mümkünlüyü və hansısa şərəfsiz cəmiyyətdə bunun labüd, vacib hesab edilməsinin önə çəkilməsini xatırldıq.
 
İnanaq ki, “Unibank” Premyer Liqası belə şərəfsiz cəmiyyətlərdən olmayacaq.
 
“Unibank” Premyer Liqası, 32-ci tur
 
17.15. XƏZƏR LƏNKƏRAN – BAKI
17.15. NEFTÇİ – QARABAĞ
17.15. İNTER – QƏBƏLƏ

 
Turnir vəziyyəti
 
İlk “altılıq”: XL – 27 xal, İnter, Qarabağ – 26, Bakı – 25, Neftçi – 22, Qəbələ - 20.
 
İkinci “altılıq”: OŞ – 33, Simurq – 31, Muğan – 27, Turan – 26, Standard – 22, Karvan – 13.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.