15 may 2010 00:22
Neftçinin sabiq baş məşqçisi: “Qayıtmağa hazıram”
Neftçinin sabiq baş məşqçisi, SSRİ yığmasının heyətində Bakıya gələn Anatoli Demyanenko azerisport.az-ın müxbiri ilə söhbətində Neftçiyə qayıtmağa hazır olduğunu bildirib.
“Niyə də yox? Hazıram. Amma gərək müəyyən şərtlərimə əməl olunsun. Elə-belə işləmək istəmirəm. Mən çalışdığım komanda inkişaf etməlidir, bunun üçün isə müəyyən məsələlər qaydaya salınmalıdır. Bir neçə Ukrayna klubundan təklif almışdım, amma bəzi tələblərimi yerinə yetirmədilər deyə işləməkdən imtina etdim”.
