15 may 2010 00:30
Vaqif Cavadovun baş məşqçisini yenə fərqləndirdilər
Həmyerlimiz Vaqif Cavadovun çıxış etdiyi Tventenin baş məşqçisi Stiv Maklaren Hollandiyada ilin ən yaxşı məşqçisi seçilib. Azerisport.az xəbər verir ki, yerli “De Telegraaf” nəşrinin apardığı sorğuda ingilis mütəxəssis qalib gəlib və əfsanəvi Rinus Mihelsin adını daşıyan titula sahib çıxıb.
Qeyd edək ki, Maklarenin yeni mövsümdən Tventeni tərk edəcəyi və Almaniya Volfsburqunu çalışdıracağı dəqiqləşib.
