16 may 2010 15:12
Vaqif Cavadov üçün Barselonanın keçmiş baş məşqçisi (FOTO)
Həmyerlimiz Vaqif Cavadovun çıxış etdiyi Tvente komandanı tərk edəcəyi dəqiqləşən Stiv Maklarenin yerinə gətirmək istədiyi mütəxəssisin adını açıqlayıb. Azerisport.az Türkiyənin “Milliyət” qəzetinə istinadla xəbər verir ki, Enshede klubunun prezidenti Yoop Musterman İstanbulda olub və Qalatasarayın hazırki baş məşqçisi, vaxtilə Barselonanın çalışdırmış və onunla bütün mümkün titulları qazanmış Frank Raykaardla danışıqlar aparıb. Hollandiyalı mütəxəssisin bu yay vətəninə dönəcəyi istisna edilmir.
Amma onu da qeyd edək ki, Raykaardla Milanın da maraqlandığı deyilir.
