16 may 2010 16:22
“İnter ÇL-də mümkün qədər çox mərhələ adlamağa çalışacaq”
İkiqat Azərbaycan çempionu İnterin sahibi Cahangir Hacıyev azerisport.az-ın müxbirinə açıqlamasında komandanın yeni məqsədinin mübarizə aparacağı ÇL-də mümkün qədər uğurlu çıxış etmək olduğunu bildirib.
“Nə qədər çox mərhələ adlasaq, bir o qədər yaxşıdır. Buna görə də İnter mümkün qədər çox irəliləməyə çalışacaq. Əlbəttə, bu gün ÇL-i qazanmağımız mümkün deyil, amma gün gələcək ki, Azərbaycan klubları Avropada möhtəşəm nəticələrə imza atacaqlar” – Cahangir Hacıyev belə deyib.
