Fərid Quliyevlə Simurqun unikal göstəriciləri
Bu gün “Unibank” Premyer Liqası 2009/10 mövsümü tarixə qovuşdu. Azerisport.az xəbər verir ki, son turda bir neçə maraqlı hadisə baş verdi.
Səfərdə Simurqa 4:0 hesabı ilə qalib gələn Standard unikal göstəriciyə imza atdı. Bu, Zaqatala klubunun nəinki evdə, hətta 5 illik tarixində aldığı ən böyükhesablı məğlubiyyət idi. Simurq indiyədək tarixində cəmi 4 dəfə qapısında 3 çox qol buraxıb, amma əvəzində bir qol belə vurmaması faktına rast gəlinməyib.
Görüşdə het-trikə imza atan Fərid Quliyev qollarının sayını 16-ya çatdıraraq, “Unibank” Premyer Liqasının bombardiri oldu. Maraqlıdır ki, Fərid bu qollardan təxminən yarısını – 7-ni son iki turda vurub (poker və het-trik). O həmçinin Azərbaycan çempionatının bombardiri olan 11 yerli futbolçudur.
Və nəhayət, Fərid Quliyev bu mövsüm Simurqa keçirdiyi 4 görüşün hamısında (!) fərqlənərək, Zaqatala klubunu 6 dəfə məyus etdi.
