16 may 2010 12:00
Azərbaycan Ukraynaya altı top vurdu
Türkiyənin Alanya şəhərində FİFA, Türkiyə Futbol Federasiyası və Beynəlxalq Çimərlik Futbol Federasiyası tərəfindən təşkil olunmuş «Alanya Cup 2010» turniri başa çatıb. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, son turda Rusiya yığması Türkiyə millisini 6:3 hesabı ilə məğlubiyyətə uğradaraq turnirin qalibi adını qazanıb. Millimiz Ukrayna yığması üzərində qazandığı 6:2 hesablı qələbə sayəsində 2-ci yeri tutub. Komandamızın heyətində Müslüm Hüseynov het-trik edib. Elşad Quliyev və Zeynal Zeynalov hərəyə 1 dəfə fərqləniblər. 1 qolu isə ukraynalı futbolçular öz qapılarından keçiriblər.
