16 may 2010 19:11
Quliyev və Nəbiyevin vida mahnısı (YENİLƏNDİ)
Çempion artıq dünən məlum olsa da, “Unibank” Premyer Liqasına rəsmən bu gün yekun vuruldu. Azerisport.az xəbər verir ki, bu gün ikinci “altılıq”da heç nəyi dəyişməyən üç matç keçirildi.
SİMURQ – STANDARD - 0:4. Quliyev, 15, 89, 90+2, İsayev, 34.
OŞ – MUĞAN - 2:0. Xəlilov, 6, Svanidze, 69 (öz qapısına).
KARVAN – TURAN - 1:4. Mahmudzadə, 64; Nəbiyev, 3, 15, 57, Əliyev, 76.
Dünən ilk “altılıq”da üç görüş keçirilib: İnter – Qəbələ 4:1, XL – Bakı 0:1, Neftçi – Qarabağ 0:0
Turnir vəziyyəti
İlk “altılıq”: İnter - 29, Bakı - 28, Qarabağ, XL – 27, Neftçi – 23, Qəbələ - 20.
İkinci “altılıq”: OŞ – 36, Simurq – 31, Turan - 29, Muğan – 27, Standard – 25, Karvan – 13.
