17 may 2010 13:44
XL qadın komandası da yaradır (FOTO)
15 yaşadək futbolçulardan ibarət yığma komandanın baş məşqçisi Sissi Rayt və FİFA-nın Qadın Futbolu Komitəsinin üzvü Mişel Koks Xəzər-Lənkəran klubunun vitse-prezidenti Tuyqun Nadirovla görüşüb. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, görüş zamanı klubun nəzdində qızlardan ibarət komandanın yaradılması barədə fikir mübadiləsi aparılıb.
