17 may 2010 16:10

Üç Azərbaycan klubunun nəzərinə: Liverpul, Yuventus və Qalatasaraya hazırlaşın!

Ardıcıl ikinci dəfə Azərbaycan UEFA Avropa Liqasında 3 komanda təmsil edəcək. Azerisport.az xəbər verir ki, UEFA-nın ötən il apardığı islahatlar nəticəsində Azərbaycan kubokunun qalibindəmn əlavə, daha iki kollektiv Avropanın ikinci nüfuzlu klub turnirində mübarizə aparacaq. Üstəlik, kubokun sahibi qrup mərhələsinə digərlərindən daha yaxın olacaq.
 
18-ci Azərbaycan kubokunun finalında Bakı və XL-in qarşılaşacağını nəzərə alsaq, Qarabağın Avroliqada birinci təsnifat mərhələsindən mübarizəyə qoşulacağı dəqiqləşib. Ümumiyyətlə, hazırda Atletiko Madridin muzeyinə apardığı kubok uğrunda 161 komanda vuruşacaq. Bunlardan yalnız madridlilər birbaşa qrup mərhələsində çıxış edəcək. Digər 160 kollektivdən isə yalnız 37-si Atletikoya qoşulacaq. Daha 10 kollektiv isə ÇL-in pley-off mərhələsindən gələcək.
 
Birinci təsnifat mərhələsi
 
Burada 52 komanda mübarizəyə qoşulacaq. Onların arasında Qarabağ (səpələnmiş) və ölkə kubokunun finalında məğlub olacaq kollektiv (səpələnməmiş) də var. Digər 50 komanda bunlardır.
 
Səpələnmişlər:Anortosis (Kipr), Randers (Danimarka), Kalmar, Gefle (hər ikisi İsveç), Bney Yehuda (İsrail), Nitra (Slovakia), MüPa, TPS (hər ikisi Finlandiya), Rux (Polşa), Şibenik (Xorvatiya), Dinamo Minsk, Dnepr Mogilyov (hər ikisi Belarus), Skonto (Latviya), Reykyavik (İslandiya), Dandalk (İrlandiya), Tirana (Albaniya), Tauras (Litva), Bosniya və Herseqovinadan iki klub, Gürcüstandan bir klub.
 
Səpələnməmişlər: Flora, Narva Transa (hər ikisi Estoniya), Streymur, Runavik (hər ikisi Farer adaları), Qlentoran, Portadaun (hər ikisi Şimali İrlandiya), Falkir (İslandiya), Metallurq (Makedoniya), Şaxtyor Karaqanda (Qazaxıstan), Banants, Uliss (hər ikisi Ermənistan), Laçi (Albaniya), Llanelli, Port Talbot Taun (hər ikisi Uels), Valetta (Malta), UE Santa Koloma, Lusitanos (hər ikisi Andorra), Lüksemburqdan iki klub, Çernoqoriyadan bir klub, San-Marinodan bir klub.
 
Hansı səbətdə yer alacağı hələ məlum olmayanlar: Zestafoni (Gürcüstan), Tobol (Qazaxıstan), Olimpiya (Sloveniya), Rabotniçki (Makedoniya), Moldovadan iki klub, Macarıstandan iki klub, Çernoqoriyadan bir klub.
 
Püşkatma – 21 iyun, 2010. Oyunlar – 1 və 8 iyul, 2010
 
İkinci təsnifat mərhələsi
 
Burada 54 komanda mübarizəyə start verir. Onlara birinci təsnifat mərhələsinin 26 qalibi qoşulur. 70 cütdə mübarizə davam edir. Komandalar yenə iki səbətə ayrılır.
 
Səpələmişlər: Beşiktaş (Türkiyə), Dinamo Buxarest (Rumıniya), Levski (Bolqarıstan), Austriya, Rapid Vyana (hər ikisi Avstriya), Bröndbü (Danimarka), APOEL (Kipr), Visla (Polşa), Karpatı (Ukrayna), Maritimu (Portuqaliya), Elfsborq (İsveç), Banik (Çexiya), Utrext (Hollandiya), Mozeruell (Şotlandiya), Lozanna (İsveçrə), Serkl Brügge (Belçika), Stabek, Moldo (hər ikisi Norveç), Ventspils (Latviya), Makkabi Tel-Əviv (İsrail), Dukla (Slovakiya), Honka (Finlandiya), Maribor (Sloveniya), OFK, Spartak Zlatibor Voda (hər ikisi Serbiya), Belarus kubokunun qalibi, Yunanıstandan bir klub.
 
Səpələnməmişlər: Suduva, Şyaulyay (hər ikisi Litva), Sportinq Finqal, Şemrok (hər ikisi İrlandiya), Vaduts (Lixtenşteyn), Qoritsa (Sloveniya), Sant Xulia (Andorra), Breysablik (İslandiya), Banqor Siti (Uels), Atırau (Qazaxıstan), Kalev (Estoniya), MİKA (Ermənistan), Besa (Albaniya), Vikinqur (Farer adaları), Kliftonvill (Şimali İrlandiya), Tre Fiori (San-Marino), Latviya, Moldova, Makedoniya, Luksemburq və Maltadan bir klub.
 
Hansı səbətdə yer alacağı hələ məlum olmayanlar: Sibaliya (Xorvatiya), Buduçnost (Çernoqoriya), Bosniya və Herseqovina, Macaristan, Azərbaycan kuboklarının qalibi.
 
Püşkatma – 21 iyun, 2010. Oyunlar – 15 və 22 iyul, 2010
 
Üçüncü təsnifat mərhələsi
 
Burada 30 komanda mübarizəyə start verir. Onlara ikinci təsnifat mərhələsindən daha 40 komanda qoşulur.
 
Rəqiblərini gözləyənlər: Liverpul (İngiltərə), Xetafe (İspaniya), Yuventus (İtaliya), Ştutqart (Almaniya),Monpelye (Fransa), Sibir (Rusiya), Dnepr (Ukrayna), Alkmaar (Hollandiya), Sportinq (Portuqaliya), Qalatasaray (Türkiyə), Haybernian (Şotlandiya), Genk (Belçika), Lütsern (İsveçrə), Nordşelland, Odense (hər ikisi Danimarka), Beroe, ÇSKA Sofiya (hər ikisi Bolqarıstan), Olesund (Norveç), Şturm (Avstriya), Srvena Zvezda (Serbiya), Makkabi Hayfa (İsrail), Apollon (Kipr), Qöteborq (İsveç), Slovan (Slovakiya), Hayduk (Xorvatiya), İnter Turku (Finlandiya), Yablonets (Çexiya), Rumıniya, Yunanıstan, Çexiya və Polşadan daha bir komanda.
 
Püşkatma – 16 iyul, 2010. Oyunlar – 29 iyul və 5 avqust, 2010
 
Pley-off
 
Bu mərhələdə mübarizəyə daha 24 komanda qoşulur. Onlar üçüncü təsnifat mərhələsindən gələn 35 və ÇL-in üçüncü təsnifat mərhələsində məğlub olan 15 kollektiv qoşulur. 74 klub qrup mərhələsinə 37 vəsiqə uğrunda mübarizə aparırlar.
 
Rəqiblərini gözləyənlər: Mançester Siti, Aston Villa (hər ikisi İngiltərə), Malyorka (İspaniya), Palermo, Napoli (hər ikisi İtaliya), Bayer Leverkuzen, Borrusiya Dortmund (hər ikisi Almaniya), PSJ, Lill (hər ikisi Fransa), Lokomotiv, ÇSKA (hər ikisi Rusiya), Tavriya, Metallist (hər ikisi Ukrayna), PSV, Feyenoord (hər ikisi Hollandiya), Porto (Portuqaliya), Trabzonspor (Türkiyə), Dandi Yunayted (Şotlandiya), Brügge (Belçika), Qrasshoppers (İsveçrə), İspaniya və Yunanıstandan bir, Rumıniyadan daha iki komanda.
 
Püşkatma –6 avqust, 2010. Oyunlar – 19 və 26 avqust, 2010
 
Qrup mərhələsi
 
Bu gün üçün yalnız turnirin cari qalibi buraya vəsiqəni təmin edib. Ona ÇL-in pley-off mərhələsində məğlub olan 10 və avroliqanın pley-off mərhələsindən qalib çıxan daha 37 komanda qoşulur.
 
Yarışlar hərəsində 12 komanda olmaqla 4 qrupda aparılır. Qrup mərhələsinin püşkatması avqustun 27-də Monakoda keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.