18 may 2010 00:01
Qarabağ cəmi 20 gün dincələcək
“Unibank” Premyer Liqasını üçüncü pillədə başa vuran Qarabağ mövsümə vida mərasimi keçirib. Azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, klub rəhbərliyi ilə bir araya gələn komanda üzvləri ötən mövsümün yekunları və gələcək planlar barədə fikir mübadiləsi aparıblar. Komanda cəmi 20 gün istrahət edəcək və iyunun 5-dən etibarən yeni mövsümün hazırlığına start verəcək.
