17 may 2010 00:02
Fantastika! Bursaspor çempion!
Türkiyə Superliqası başa çatıb. Azerisport.az xəbər verir ki, 2009/10 mövsümündə Türkcell Superliqasında əsl inqilab baş tutub!
34-cü turda evdə Beşiktaşa 2:1 hesabı ilə qalib gələn Bursaspor tarixində ilk dəfə Türkiyə çempionu adını qazanıb! Son tur ərəfəsində çempionluğu daha real görünən Fənərbaxça isə “Şükrü Saracoğlu” stadionunda Trabzonspora qalib gələ bilməyib – 1:1.
Beləliklə, 53 illik Superliqada cəmi 5-ci komanda çempion adına layiq görülüb. Bursaspor Trabzonspordan sonra qızıl medalla sahib çıxan ikinci Anadolu klubu olub. Bu qələbə ilə “timsahlar” Fənərbaxça, Qalatasaray və Beşiktaşın 25 illik hegemonluğuna son qoyublar.
