17 may 2010 00:22
Barsa Reala şans vermədi
La Liqanın 38-ci turunda Valyadolidi 4:0 hesabı ilə məğlub edən Barselona İspaniya çempionu adını qazanıb. Azerisport.az xəbər verir ki, bu “blauqranyes”in 20-ci çempionluğudur.
Xosep Qvardyola Barselonanın ikinci dəfə çempion edərək, bir neçə məşqçinin göstəricisini təkrarlayıb. Mövsümün yekunlarına görə, Barselona, Real və Valensiya ÇLin qrup mərhələsinə, Sevilya isə pley-offa vəsiqə qazanıb. Malyorka, Xetafe, Vilyarreal və Atletik Bilbao UEFA Avropa Liqasında mübarizə aparacaqlar.
Primeranı Tenerife, Valyadolid və Xeres tərk edib. Yüksək liqaya üç vəsiqə uğrunda Real Sosyedad, Levante, Kartaxena, Erkules, Betis və Elçe mübarizə aparırlar.
