17 may 2010 12:37
Neftçiyə hansı ölkədə azarkeşlik edirlər? (FOTO)
Ruminyanın Sibiu şəhərindəki "Luçian Blaqa" universitetində tədbir baş tutub. Azerisport.az Neftçinin rəsmi saytına istinadla xəbər verir ki, 40 gəncin iştirak etdiyi tədbirdəAzərbaycanın rəmzləri, tarixi, mədəniyyəti, Qarabağ münaqişəsindən, Azərbaycan idmanından və Neftçinin tarixindən danışılıb.
Tədbirdən sonra iştirakçılara Neftçinin atributları hədiyyə edilib. Növbəti tədbir mayın 19-da Rumıniyanın Kluj şəhərində keçiriləcək.
Onu da qeyd edək ki, bu mövsüm Neftçinin şərəfini üç rumıniyalı futbolçu - Adrian Nyaqa, Marian Aliuta və Leonard Naydin qoruyub.
