18 may 2010 14:12
XL-ə 4 min manat cəza
Bu gün AFFA İntizam Komitəsinin 2009/10 mövsümü üçün son iclası keçirilib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, XL – Bakı oyunununda 4 sarı vərəqə alması, azarkeşlərin meydançaya kənar əşyalar atması və baş məşqçi Ağasəlim Mircavadovun mətbuat konfransına gəlməməsi üzündə ümumilikdə 4 min manat məbləğində cərimələnib.
