18 may 2010 14:42
XL-in Bakıdan revanş alması üçün hər şey hazırdır (FOTO)
Mayın 23-də keçiriləcək Azərbaycan kubokunun final oyununu qəbul edəcək Tofiq Bəhramov adına Respublika stadionunda hazırlıq işləri tamamlanmaq üzrədir. Azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, arenanın ot örtüyü ideal vəziyyətdədir.
Bu gündən etibarən isə Xəzər Lənkəran kubokun final oyununa hazırlıq çərçivəsində bu stadionda ilk məşqinə çıxacaq. Məşqin axşam saatlarında baş tutacağı bildirilir.
