18 may 2010 14:49
Türkiyə mətbuatı: Mənsimov telefonunu niyə söndürüb?
Türkiyədə Xəzər Lənkəranın sahibi və Beşiktaşın sponsorlarından biri Mübariz Mənsimovdan hərəkət gözləyirlər. Azerisport.az xəbər verir ki, yanvar ayında keçirilən konqresdə ön plana çıxan və Beşiktaşa 20 milyon avroluq avropalı ulduz alacağını bildirirən azərbaycanlı iş adamı hələ öz vədinə əməl etməyib.
“Yaxın dostum Roman Abramoviçin Çelsisindən oyunçi gətirəcəyik” – deyən Mənsimov telefonunu söndürüv və onunla əlaqə saxlamaq mümkün deyil. Türkiyə mətbuatı yazır ki, Beşiktaş idarə heyəti bir neçə gündür heç cür həmyerlimizlə əlaqəyə çıxa bilmir.
