18 may 2010 16:06
Mahir Şükürov Anjiyə bir qədər gec qoşulacaq
Rusiya Premyer Liqasında yaranan fasilə ilə əlaqədar Anjinin məşqçi korpusu komandanı istirahətə buraxıb. Azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, məzuniyyət mayın 29-a qədər davam edəcək. Həmin gün Mahaçqalada bir araya gələcək komanda iyunun 1-dən 20-dək burada toplanış keçəcək. Növbəti toplanış isə 20 iyun - 3 iyul aralığında Avstriyada baş tutacaq.
Qeyd edək ki, srağagün Bakıya dönən Mahir Şükürov milli komandanın toplanışı ilə əlaqədar Anjiyə bir qədər gec qoşulacaq. Azərbaycan yığması Avstriya toplanışı çərçivəsində son yoldaşlıq oyununu iyulun 2-də Hondurasa qarşı keçirəcək.
