18 may 2010 17:00
Finala doğru: XL hazırlığa başladı
Xəzər Lənkəran Azərbaycan Kubokunun finalında Bakıya qarşı keçirəcəyi oyunun hazırlığına başlayır. Azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Artıq bugün komanda bir araya gələrək saat 17.00-da oyunun keçiriləcəyi stadionda ilk məşqə çıxacaq. Heyətdə zədəli futbolçu olmadığından (yalnız Junior Osvaldo fərdi proqram əsasında məşq edir) bugünkü məşqdə bütün oyunçular iştirak edəcəklər.
