19 may 2010 00:01
Özbəkistanla matçda altı top
Daşkənddə futzal üzrə Azərbaycan və Özbəkistan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Millimizin heyətində Rizvan Fərzəliyev, Radik Əhmədov və Fərid Atakişiyev fərqlənib.
