18 may 2010 00:03
Çxadadze Haciyevskinin nəticəsini təkrarladı
İnteri tarixində ikinci çempionluğuna daşıyan Kaxaber Çxadadze Bakının keçmiş baş məşqçisi Cokiça Haciyevskinin göstəricisini təkrarladı. Azerisport.az xəbər verir ki, gürcüstanlı mütəxəssis həm öz ölkəsində, həm də Azərbaycanda məşqçi kimi çempion olan ikinci məşqçi oldu. Çxadadze buna qədər Sionini Gürcüstan çempionu etmişdi. Haciyevski isə vətənində Vardarla bir neçə dəfə Makedoniya çempionatının qızıl medallarını qazanmışdı.
