18 may 2010 00:17
Rəşad Sadıqov onu dayandırmalıdır (FOTO)
Mayın 29-da Avstriyada keçiriləcək təlim-məşq toplanışı çərçivəsində Azərbaycan miliisi ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Makedoniya yığmasının baş məşqçisi Mirsad Yonuz komandanın heyətini açıqlayıb. Azerisport.az xəbər verir ki, 22 nəfərlik heyətdə bir neçə gün əvvəl İnterlə İtaliya çempionu olan Qoran Pandevin də adı var.
Qapıçılar: Tome Paçovski, Edin Nuredinoski, Yan Nikloski.
Müdafiəçilər: Vançe Şikov, Boban Qonçarov, Qoçe Sedloski, İqor Mitreski, Nikolçe Novevski.
Yarımmüdafiəçilər: Aleksandr Todorovski, Armend Alimi, Veliçe Şumilikovski, Filip Despotovski, Zlatko Qrozdanovski, Qoran Popov, Slavçe Giorgievski, Mario Qurovski, İvan Triçkovski, Vlade Lazarevski.
Hücumçular: Steytsa Ristiç, Qoran Pandev, Mansir Kurtişi, Duşan Saviç.
