19 may 2010 14:15
Azərbaycanlı futbolçu ortada qalıb (FOTO)
Qalatasarayın baş məşqçisi Frank Raykaardın transferə çıxardığı azərbaycanəsilli Sərvət Çətin indiyədək heç bir klubdan təklif almayıb. Azerisport.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən mövsüm 8 milyon avro qarşılığında Marselə keçidi son anda baş tutmayan Sərvətin transfer qiyməti bu il 3-4 milyonu keçməsə də, onunla heç kəs maraqlanmır. Türkiyə yığmasının üzvünün Qalatasarayla hələ ikiillik müqaviləsi davam edir.
