19 may 2010 14:35
İnterin prezidenti Bakını dəstəklədi və səhvə yol verdi
Bu gün Bakı FK-nın qonağı olan İnterin prezidenti Bakının rəsmi saytına fikirlərini bölüşüb və mümkün olmayandan danışıb.
“Bakının təlim-məşq bazasının qısa bir zamanda tikilib istifadəyə verilməsi böyük bir uğurdur. Belə bir şəraitə sahib olmaq tək Bakı üçün yox, həm dəAzərbaycan futbolu üçün böyük qazancdır. Komandanızın çox gözəl şəraiti var. Tam səmimi deyirəm ki, Bakının malik olduğu şərait heç Avropanın əksər klublarında yoxdur. Çox arzu edərdim ki, burada məşq edən, futbolun sirlərini öyrənən, hazılrıq keçən uşaqların, yeniyetmələrin sayı daha da çox olsun. Onların soraqları Avropadan gəlsin”.
Qarşıda İnter kimi Bakını da avrokuboklarda çıxış gözləyir. Arzu edərdim ki, Bakı bu il ötənilkindən də yaxşı çıxış etsin. Həmçinin istərdim ki, Bakı ilə İnter Avroliqanın qrup mərhələsində qarşılaşsın. Hər iki klubun daha çox irəli getməsini istəyirəm.
İnterin azarkeşləri adından əminliklə deyə bilərəm ki, komandamızın fanatları əvvəlki illərdə olduğu kimi bu dəfədə Bakını avrokuboklar oyunları zamanı stadiondan dəstəkləyəcək” – azerisport.az xəbər verir ki, Nikolov belə deyib.
Nəzərinizə çatdıraq ki, İnter və Bakının Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacağı təqdirdə belə, UEFA-nın qaydalarına görə, onlar eyni qrupda yer ala bilməzlər. Reqlamentə əsasən, eyni ölkədən olan klublar ən tez 1/4 finalda üz-üzə gələ bilərlər.
