19 may 2010 18:55
Yığmada daha iki yeni sima
Azərbaycan milli komandasının bu gündən etibarən təlim-məşq toplanışına başlayıb. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, toplanışa daha iki futbolçu –Neftçidən Ruslan Əmircanov və Qarabağdan Vüqar Nadirov – dəvət olunub.
Xatırladaq ki, bir neçə gün sonra milli komanda növbəti toplanışına – Avstriyaya yola düşəcək.
