19 may 2010 19:02
Anji azarkeşlərinə Azərbaycandan salam!
İnterin heyətində Azərbaycan çempionu, ötən mövsümü Anjidə keçirmiş Kaxaber Mjavanadze dağıstanlı jurnalistlərdən birinə müsahibə verib. Azerisport.az xəbər verir ki, futbolçu özü jurnalistlə əlaqə saxlayıb və ondan Anji azarkeşlərinə Azərbaycandan salamları çatdırmağı xahiş edib.
Dinamo ilə oyuna baxdım – deyə Mjavanadze sözə başlayıb. – Çox xoşum gəldi. Anji hesabda irəli çıxa bilərdi. Komandada oyun dəst-xəttin hiss olunur. Azarkeşlər isə! Onlar möhtəşəm idilər. Əvvəlki tək komandalarını dəli kimi dəstəkləyirlər. Afərin! Dağıstandakı qədər sadiq azarkeş heç yerdə görməmişəm.
Dağıstan və Anji səndə hansı xatirələri oyadır?
Sən hələ bir soruşursan da? Ən şirin xatirələri! Karyeramın ən gözəl vaxtları idi. Həmin vaxtlar üçün çox darıxıram. “Anji – irəli” sədaları üçün, azarkeşlərin səsi üçün. Dünən də oyuna baxdım və kədərləndim. Dayana bilməyib zəng vurdum.
Gələcəyə nə planların var?
Planlar böyükdür. Bu mövsüm çempion ola bilməsək, inşallah, gələn il olarıq (müsahibə İnterin çempionluğundan əvvəl alınıb - azerisport.az). Anjiyə bu mövsüm uğurlar arzulayıram. Azarkeşlərə də Azərbaycandan salam var!
