19 may 2010 19:18
Mahir Şükürov cərimələnib! Hacı Hacıyev: O, çox müsahibə verir
Azərbaycan yığmasının müdafiəçisi, Anjinin formasını geyən Mahir Şükürov klubu tərəfindən cərimələnib. Azerisport.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Hacı Hacıyev bildirib.
“Mahir çox müsahibə verir. Məsələ futbolçunun nəyi necə danışmasındadır. Müqavilənin şərtləri var və ona əməl etmək lazımdır. Problem onun danışmağında deyil, mən futbolçuların mətbuatla ünsiyyət qurmasına etiraz etmirəm. Amma fikirlər məntiqi, obyektiv olmalı və müqavilədə nəzərdə tutulan çərçivədən kənara çıxmamalıdır. Şükürov bu çərçivəni keçib və buna görə də cəzalanıb” – Dağıstan mətbuatına müsahibəsində Hacıyev belə deyib.
