19 may 2010 19:30
11 nəfər 200 nəfəri 5:3 hesabı ilə məğub etdi! (VİDEO)
İspaniyanın Atletik Bilbao klubu xeyriyyə məqsədli oyun keçirib. Azerisport.az xəbər verir ki, matç komandanın canlı əfsanəsi – Xoçeba Eçeberriyanın karyerasını bitirməsi ilə əlaqədar təşkil olunub. Matçda Atletikin futbolçularına Bilbaodan 200 uşaq rəqib olub.
Təşkilatçıların ilkin planına əsasən, hər hissədə Atletik 100 nəfərlik heyətlə qarşılaşmalı idi. Amma fasilədən sonra 200 uşaqın hamısı meydançaya çıxıb. Amma nə bu, nə 3 qapıçı, nə də 66-80-51 taktiki sxemi uşaqlara kömək etməyib və matç Atletikin 5:3 hesablı qələbəsi ilə başa çatıb.
