19 may 2010 00:13
Finala doğru: PFL xüsusi iş planı tərtib etdi
Peşəkar Futbol Liqasında 2009/2010-cu il mövsümü 18-ci Azərbaycan kubokunun final oyununa hazırlıqla bağlı iclas keçirilmişdir. Azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, qurumun prezidenti Ramin Musayev çıxışında mövsümün son oyununa hazırlığın yüksək səviyyədə təşkil olunacağını, final oyununda xüsusi şou-proqram və azarkeşlər üçün uduşlu lotereyanın keçiriləcəyini bildirib. Ətraflı müzakirələrdən sonra PFL əməkdaşlarının final oyunu üçün xüsusi iş planı təsdiq olunub.
