20 may 2010 21:00
Vaqif Cavadovun məyus etdiyi qolkiper Yuventusda?
Rusiya yığmasının və ÇSKA-nın qapıçısı İqor Akinfeev növbəti mövsümdən etibarən Yuventusun şərəfini qoruya bilər. Azerisport.az İtaliya mətbuatına istinadla xəbər verir ki, yayda Turin klubunu tərk edəcəyi gözlənilən Canluici Buffonun əvəzləyicisi roluna ən real namizəd məhz 24 yaşlı rusiyalı qolkiperdir. Yuventus bundan əlavə, Palermodan Salvatore Siriqu, Kalyaridan Federiko Marketti və Almeriyanın braziliyalı qapıçısı Dieqo Alveşlə maraqlanır.
Xatırladaq ki, ötən ilin oktyabrında Rusiya yığması ilə Bakıya gələn Akinfeev Azərbaycanla oyunda 90 dəqiqə meydançada olmuş və Vaqif Cavadovdan bir top buraxmışdı.
