20 may 2010 21:05
Finala doğru: Baş məşqçilər və kapitanlar jurnalistlər önünə çıxacaqlar
Azərbaycan Kubokunun finalından bir gün öncə iştirakçı komandaların baş məşqçiləri və kapitanlarının iştirakı ilə mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, mayın 22-də saat 19:40-da stadionun konfrans zalında XL-in baş məşqçisi Ağasəlim Mircavadov və kapitanı Kamran Ağayevin iştirakıyla mətbuat konfransı keçiriləcək. Məlumatı Lənkəran klubunun rəsmi saytı yayıb.
Bakıdan baş məşqçis Cüneyt Biçərlə mətbuat konfransına kimin gələcəyi hələ məlum deyil. Böyük ehtimalla, bu, Elvin Əliyev olacaq.
