20 may 2010 21:40

Toni Adamsın etirafları və heç kimə görünməyən gizli həyatı

Yaxınlarda Qəbələnin baş məşqçisi postuna təyin olunan Toni Adams bir müddət əvvəl spirtli içkilərdən asılılıqdan əziyyət çəkib. Azerisport.az xəbər verir ki, bu pis vərdişdən əziyyət çəkən Adams 2000-ci ildə idmançılar üçün içki, narkotik maddələr və qumardan asılılığı olan idmançılar üçün bərpa mərkəzi də yaradıb. Aşağıdakı sətirlər onun “Oyundan kənar: mənim spirtli həyatım” adlı kitabındandır.
 
 
 
Bu gün Toni Adams – İngiltərə yığmasının və Arsenalın keçmiş mərkəz müdafiəçisi, yavaş-yavaş spirtli içkidən asılılıqdan qurtulur və ailəsi ilə birgə xoşbəxt yaşayır. Amma zaman göstərir ki, hər hansı bir çərçivədə şöhrət və böyük pullar çox şey həll edir, futbol aləmində isə Tanrının köməyi olmadan heç nəyə nail ola bilməzsən. Xüsusilə də spirtli içkidən asılılığın yaranıbsa. Corc Bestə Tanrı kömək etmədi. Toni Adamsa isə etdi.
 
Toni Adams gələcək üçün bir nihilizm nümunəsidir. Bəli, Adams içirdi. İçirdi və bunu anlamırdı. Bəlkə də artıq 11 il davam edən panika pristuplarını yox etmək üçün, onu tərk edib narkotikdən asılılıqdan azad olmağa yollanan həyat yoldaşı Ceyni unutmaq üçün içirdi. Bəlkə də bundan sonra həyatın onun üçün elə bir məna kəsb etmədiyini unutmaq üçün içirdi. Bəlkə də uğradığı dəhşətli qəzadan necə möcüzə sayəsindəsağ çıxmasını və bundan sonra baş səkkiz həftə keçirdiyi türməni unutmaq üçün içirdi. Bəlkə də başqalarının onun da artıq heç bir hiss oyatmaması üçün içirdi. Bəlkə də “bir şüşə ilə heç nə olmaz” deyə düşünüb içirdi. Bəlkə də atasının “Toni, oynayanda artıq gülümsəmirsən” sözlərini eşidərkən susduğu anları düşünüb içirdi. Bəlkə də 10 şüşəni “aşırtmaq” körpə uşağa bir konfet verəcək qədər asan olduğu üçün içirdi. Bəlkə də işsiz vaxtlarında gec yatdığı üçün bara enmək, içmək, evə dönmək və yenidən bara getməkdən başqa məşğuliyyət olmadığı üçün içirdi. Bəlkə də övladları qarşısında nə qədər günahkar olduğunu unutmaq və fikirləri yuyub aparmaq üçün içirdi....
 
“Fiziki gücüm və şüurun mənə eyni zamanda həm güclü futbolçu, həm də birinci kateqoriyalı əyyaş olmağa imkan vermirdi. Mən kimdənsə kömək diləməliydim. Qərarı verəndə isə inanılmaz hadisə gerçəkləşdi” – deyə Toni bildirir.
 
O qərar verdi və Anonim Əyyaşlar adlı bir təşkilata müraciət etdi.
 
“Mənim adım Toni Adamsdır və mən əyyaşam”.
 
Onu dəhşətli bəlanın əllərində qopardılar. Və o ulduzları yenidən görmək üçün geri döndü...

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.