21 may 2010 00:01
Jabanı yumurta atəşinə tutdular! (FOTO)
Bakının hücumçusu Jabanın dünən 29 yaşı tamam olub. Azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, dünənki məşqin sonunda komanda yoldaşları Jabanı yumurta atəşinə tutublar. Braziliya adət-ənənəsinə görə, ad gününü olan insan yaxınları, doğmaları tərəfindən məhz bu cür “təbrik edilir”.
