20 may 2010 00:04
Azərbaycan yığması sabah üzünü azarkeşlərə və jurnalistlərə açacaq
Azərbaycan milli komandası mayın 21-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda mətbuat üçün açıq məşq keçirəcək. Azerisport.az xəbər verir ki, AFFA-nın rəsmi saytı məşqin əvvəlcədən xəbər verildiyi kimi saat 11:20-də deyil, saat 11:00-da başlayacağını yazıb.
