20 may 2010 00:13
Fərhad Vəliyevin kabusu Barselonaya keçdi (FOTO)
İspaniya yığmasının hücumçusu David Vilya sabah Barselona ilə müqavilə bağlayacaq. Azerisport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
Valensiyadan 40 milyon avroya transfer edilən Vilya sabah Barselonaya gələcək və tibbi baxıçdan keçdikdən sonra rəsmən ictimaiyyətə təqdim olunacaq.
Xatırladaq ki, DÇ-də İspaniya millisinin əsas zərbə qüvvəsi olacaq Vilya ötən il iyunun 9-da Azərbaycanla Bakıda baş tutan yoldaşlıq görüşündə (0:6) iştirak etmiş və Fərhad Vəliyevin qapısından keçən qollardan üçünə imza atmışdı.
