20 may 2010 00:19
Finala doğru: Anşlaq olmayacaq
Azerisport.az-da sorğu başa çatıb.
Onun nəticələri belə deməyə əsas verir ki, finalda anşlaq gözləməyə dəyməz. Çünki səsverənlərin 1/3-i – 33%-i matçı televizordan izləyəcək. Amma digər 1/3 hissəsi – XL azarkeşləri (27%) mütləq stadiona gələcək. Elə 13%-ə bərabər Bakı azarkeşləri də. 9% respondent nəticəni internetdən öyrənəcək. 3%-in könlündən isə avtomobil udmaq keçir.
Bu oyunla maraqlanmayanların sayı ayıb olacaq dərəcədə çoxdur – 15%. Yəni doğrudanmı, kubokun finalı bu qədər insanı maraqlandırmır?
