20 may 2010 00:41
Azərbaycan çempionu ÇL-də kiminlə qarşılaşsın?
Azerisport.az-da yeni sorğu.
Çempionar Liqasının 2009/10 mövsümü hələ başa çatmayıb. Bizi qarşıda İnter – Bavariya finalı gözləyir. Amma cəmi ayyarım sonra növbəti mövsüm start götürür. Və ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq komandalar arasında Azərbaycan çempionu İnter də var.
Təəssüf ki, komandamız “səpələnməmiş”lər arasında yer alıb və reytinqi daha yüksək olan komandalarla qarşılaşacaq. Onların arasında vaxtilə Azərbaycan klublarına rəqib olanlar da var.
Bəs Rusenborq (Norveç), Dinamo Zaqreb (Xorvatiya), Partizan (Serbiya), Lex (Polşa), Jilina (Slovakiya) və Ekranasdan (Litva) hansının bir daha Bakıya gəlməsini istərdiniz?
