21 may 2010 14:05
Elnur Allahverdiyev Rusiya klubunun hədəfində (FOTO)
Qarabağın və Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyev karyerasını Rusiyada davam etdirə bilər. Azerisport.az xəbər verir ki, 25 yaşlı müdafiəçi I divizionda çıxış edən və qarşısına Premyer Liqaya çıxmaq məqsədi qoyan Volqanın (Nijni Novqorod) hədəfindədir. Bu komandaya Anjinin sabiq çalışdırıcısı Omari Tetradze rəhbərlik edir və bu mütəxəssis Elnuru ixtiyarında görmək istəyir.
Xatırladaq ki, bir müddət əvvəl Allahverdiyevin Anjidə Mahir Şükürova qoşulacağı gündəmdə idi. Amma Tetradzenin istefasında sonra bu transferin gerçəkləşməyəcəyi dəqiqləşib.
