21 may 2010 16:11
Mahir Şükürovun komanda yoldaşı: O, Anjini xeyli gücləndirib
Anji azarkeşlərinin mövsümün birinci yarısında komandanın ən yaxşı futbolçusu seçdiyi David Çorayev Dağıstan mətbuatına müsahibə verib. Azerisport.az xəbər verir ki, müsahibəsində hücumçu Mahir Şükürovun Anjini xeyli gücləndirdiyini bildirsə də, onu komandanın bir neçə aydır maaş almadığını söylədiyinə görə qınayıb.
“Anjiyə bu mövsüm qoşulanlardan komandanı ən çox gücləndirən Yan Qolenda və Mahir Şükürovdur. Mahir bir qədər qeyri-sabit çıxış edir, bəzən çox yüksək səviyyəli oyun göstərir, bəzən kölgədə qalır. Amma komandanı gücləndirib və kollektivdə özünə yer edib.
Mahirin qalmaqallı müsahibəsini oxumamışam, eşitmişəm. Müsahibə vermək hər futbolçunun öz işidir. Amma məncə, klubda olanlar klubun içində qalmalıdır. Onun düzgün hərəkət etmədiyini düşünürəm” – deyə Çorayev bildirib.
