21 may 2010 16:40
Real Mourinyoya 36 milyon avro xərcləyəcək
Realın yeni baş məşqçisinin adına böyük ölçüdə aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, bu, İnterin hazırki çalışdırıcısı Joze Mourinyodur.
“Marca” qəzetinin yazdığına görə, portuqaliyalı mütəxəssis ÇL-in finalında sonra “Kral klubu” ilə müqavilə imzalayacaq. Müqaviləyə əsasən, Mourinyo 3 ilə 30 milyon avro alacaq. İnterə isə 6 milyon avro təzminat ödənəcək.
