21 may 2010 18:03
Real İbrahimoviçlə maraqlanmır (FOTO)
«Real» klubunun yaydığı məlumata əsasən, Madrid təmsilçiləri heç zaman «Barselona»nın hücumçusu Zlatan İbrahimoviçin xidmətlərində maraqlı olmayıblar. Azerisport.az-a daxil olan məlumata görə, bir müddət öncə Madridin «Real» klubunun Zlatan İbrahimoviçi öz sıralarına qatmaq niyyəti haqda dolaşan söz-söhbətlər təsdiqini tapmayıb. «Barselona»nın isveçli hucümçusunun kral klubuna keçidinin mümkünlüyü barədə suala cavab verən «Real» təmsilçisi qısaca «Sağ olun, yox» deyib.
Bununla birgə, Zlatan İbrahimoviçin agenti olan Mino Rayola deyib ki, öz müştərisini «Real»a düzəltmək arzusu hələ ötən il olub. Bu, İbrahimoviçin İtaliyanın «İnter»i ilə ayrılmasından sonrakı dövrə təsadüf edib. Sonradan isə Rayola İbrahimoviçin «Barselona» ilə müqavilə imzalamasına nail olunub.
İspaniya mətbuatının yazdığına görə isə, hücumçu yeni klub axtarışındadır, belə ki, ötən mövsümün uğursuzluğu və «Barselona»nın David Vilya ilə müqavilə bağlaması İbrahimoviçin komandadakı perspektivini sual altında qoyur. Eyni zamanda, Kataloniya klubunun təmsilçiləri inad edirlər ki. İbrahimoviçi satmaq fikirləri yoxdur.
