21 may 2010 18:45
Xəzər Lənkəran Kamran Ağayevlə müqaviləni yenilədi
azerisport.az xəbər verir ki, "Xəzər Lənkəran" klubu qapıçı Kamran Ağayev və müdafiəçi Vurğun Hüseynovla müqavilə imzalayıb.
Klubun rəsmi internet saytının verdiyi məlumata görə, bu yay müqaviləsi başa çatan Kamran Ağayev 2006-cı ildən "Xəzər Lənkəran" klubunun şərəfini qoruyur. Vurğun Hüseynov isə son mövsümü "Qəbələ"nin heyətində keçirib.
Azərbaycan milli komandasının üzvü olan hər iki futbolçu ilə iki illik müqavilə imzalandığı bildirilir.
